Nuri Bilge Ceylanın filmi Kann kinofestivalına daxil edildi

Nuri Bilge Ceylanın filmi Kann kinofestivalına daxil edildi
14:38 20 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Nuri Bilge Ceylanın filmi Kann kinofestivalına daxil edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71-ci Kann Film Festivalı proqramında yer alacaq yeni filmlərin adları açıqlanıb. Nuri Bilge Ceylanın “Ahlat Ağacı”, Terri Gilliamın “The Man Who Killed Don Quixote”u və Lars Von Trierin “The House That Jack Built”i festivalda iştirak edəcək.

71-ci Kann Film Festivalının proqramı ötən həftə açıqlananda adlarını çəkdiyimiz rejissorların daxil edilməməsi çaşqınlıq yaratmışdı.

Rəhbərlik bunu festivalda gənc və ilk filmini çəkən rejissorlara üstünlük vermək istəmələri ilə izah etmişdi.

Bundan başqa, filmi 180 və ya 190 dəqiqə, hətta 4 saat olan Ceylandan festival rəhbərliyi ekran işini qısaltmağı xahiş etmişdi. Ancaq Nuri Bilge Ceylanın razı olmadığı danışılırdı. Məşhur rejissorun filmini heç bir şəkildə qısaltmağa niyyətli olmadığı deyilirdi.

Nuri Bilgə Ceylanın yeni filmi “Ahlat Ağacı” festivalda əsas Müsabiqə bölümündə “Qızıl Palma” üçün yarışacaq. Əlavə olaraq, Yanın Qonzalezin “Un Couteau Dans Le Cur (Knife + Heart)” adlı filmi və Serqey Dvortsevoyun “Tulpan” filmləri də əsas seçimlərə daxil edilib.

Digər tərəfdən qadağası aradan qaldırılan Lars von Trier də nəhayət ki, Kanna ayaq basacaq. Rejissorun yeni filmi “The House That Jack Built” festivalın müsabiqə bölməsində yer almayacaq.

Kann festivalı mayın 18-də başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/238223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR