Paşinyan Sarkisyanla görüşəcək

Paşinyan Sarkisyanla görüşəcək
04:09 22 Aprel 2018
119 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan aprelin 22-də baş nazir Serj Sarkisyanla danışıqlarda hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə edəcəyini bildirib.        

 

“Görüş sabah 10.00-da “Marriott” otelində keçiriləcək. Danışıqlar Sarkisyanın istefası və hakimiyyətin sarsıntısız ötürülməsi məsələlərin ətrafında aparılacaq”, - deyə Paşinyan “Facebook”-da dərc etdiyi videomüraciətində bildirib.  

 

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.

 

Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR