Əfqanıstanda partlayış:

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 31 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Ermənistanda 228 etirazçı saxlanılıb - Gərginlik davam edir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR