Nikaraqualı jurnalist Angel Gahona hökumət əleyhinə çıxışı ilə “Facebook”da canlı yayım edərkən silahla vurularaq öldürülüb.

Metbuat.az bildirir ki, Gahona vurularkən aksiyalar zamanı zərər görmüş bir bankomatı canlı yayımda göstərirmiş.

“Facebook”-dakı görüntülər qısa müddətdə ölkə daxilində və dünyada sosial şəbəkə hesablarında paylaşılıb.

Nikaraqualı vəzifəlilər jurnalistin necə və kim tərəfindən vurulması ilə bağlı açıqlama verməyib.

Nikaraquanın dövlət başçısı Daniel Ortega hökumətinin təsdiq etdiyi pensiya planına qarşı çıxanların keçirdiyi aksiyalara polis müdaxiləsində 10dan çox adam ölüb. Hökumətin təsdiq etdiyi paketdə pensiya artarkən, pensiya gəliri 5 faizə düşüb. Etiraz aksiyaları Orteganın hakimiyyətə gəldiyi 2007-ci ildən bu yana keçirilən ən böyük mitinq idi.


http://matbuat.az/news/938401/insanlara-ve-pisikle...