“Dağlıq Qarabağ erməniləri Qarabağ klanından çox narazıdır” – Mübariz Əhmədoğlu

Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasından sonra maraqlı olan məsələlərdən biri də Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri Bako Saakyanın aqibətidir.

Bildiyimiz kimi, Bako Saakyan Serj Sarkisyanın əsas adamlarından biridir. Ermənistanda Sarkisyanın devrilməsindən sonra Bako Saakyan qalacaqmı, yoxsa ona qarşı da etirazlar olacaq və vəzifəsini itirəcək bu, sual altındadır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə Bako Saakyan son günlər ümumiyyətlə Qarabağda deyil, Yerevandadır: “Bunun çox sadə bir səbəbi var. Çünki əslində Dağlıq Qarabağ erməniləri Ermənistandakı ermənilərdən daha çox həyəcanlı, narahat idilər. Yəni, Bako Saakyana etirazları daha əvvəldən idi. Sadəcə Qarabağdakı erməni əhalinin müəyyən spesifik xüsusiyyətləri var, yəni, onlar narazılıqların açıq şəkildə bildirmədilər. Dağlıq Qarabağ erməniləri Qarabağ klanından, yəni, həm Serj Sarkisyandan, həm də Robert Koçaryandan xeyli narazıdır.

Eləcə də Bako Saakyanı Serj Sarkisyanın adamı kimi qəbul edirlər. Belə düşünürlər ki, Serj Sarkisyanın məqsədi Dağlıq Qarabağ ermənilərini güdaza verməklə Ermənistan ermənilərinin qarşısında hörmət qazanmaqdır və Bako Saakyan da Serj Sarkisyanın bu siyasətini həyata keçirir. Yəni o, Dağlıq Qarabağ ermənilərinə zülm vermək üçün hakimiyyətə gəlib. Ona görə də Bako Saakyan qaçıb gedib Yerevanda oturub və onun Dağlıq Qarabağa nə vaxt qayıdacağı ilə bağlı daxəbər yoxdur. Hər halda geri qayıtsa da, ola bilsin Dağlıq Qarabağda da ona qarşı etiraz aksiyaları başlasın. Əgər Ter Petrosyan müraciət eləsə, bəlkə Dağlıq Qarabağda müəyyən qədər sabitlik olsun.

Sabitliyin də şərti odur ki, Ter Petrosyan Dağlıq Qarabağ ermənilərinə deyə bilər ki, “gözləyin Ermənistandakı siyasi proseslər başa çatsın, hökumət formalaşsın, sonra sizin məsələnizlə məşğul olarıq”. Yalnız bu halda Dağlıq Qarabağ erməniləri dözəcək. Dağlıq Qarabağ erməniləri hazırda Ter Petrosyan kimi adama qulaq asmağa daha çox hazırdır, nəinki Qarabağ klanının lideri Serj Sarkisyana və yaxud Robert Koçaryana. Ona görə də fikrimcə, Bako Saakyan bir ipdən asılı qalıb, Dağlıq Qarabağ erməniləri nə vaxt o sapı qırsa, o da gedəcək. Bu isə uzun zaman sonra olmayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Etirazlar təkcə Sarkisyana yox, onun qurduğu kriminal-xunta rejiminə qarşı yönəlmişdi” – Politoloqlardan açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı