“Bu səfərin kökündə yüksək qardaşlıq və dostluq münasibətləri dayanır” – Azər Badamov

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasinin prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan Ankarada Azərbaycan prezidentinin şərəfinə ziyafət verib. Prezident İlham Əliyev Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanla görüşü bildirib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin ən yüksək səviyyədədir. Başqa heç bir iki ölkənin bir-birinə bu qədər yaxın olmadığını vurğulayan dövlət başçısı bu əlaqələrin tarixi kökə söykəndiyini dilə gətirib.

Türkiyə və Azərbaycanın bu gün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq etdiyini söyləyən prezident bundan sonrakı mərhələdə də əlaqələrin daha sıx olacağını bəyan edib. Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, prezident İlham Əliyev yenidən dövlət başçısı seçiləndən sonra ilk xarici səfərini məhz qardaş ölkəyə edib. Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, ayrı cür ola da bilməzdi: “Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətik. Yəni, birinci sevincimizi öz qardaşımızla bölüşməliyik. Qardaşımız da Türkiyədir. Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan da eynilə qardaş dövlətin yanındadır, ona dəstəkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etmişdi. Bütün bunlar onu göstərir ki, iki dost, qardaş ölkə arasındakı münasibətlər sarsılmazdır, əbədidir. Belə güclü, əbədi dostluq olan yerdə beynəlxalq arenada hər bir yad qüvvəyə qarşı qələbə çalmaq mümkündür. Bu səfərin də kökündə yüksək qardaşlıq və dostluq münasibətləri dayanır, həm ölkələrimiz arasında, həm də ölkələrimizin liderləri arasında”.

Günay Elşadqızı / METBUAT.AZ

“Gənclərə inam onların hökumətin tərkibinin formalaşmasında iştirakını təmin edir” – Aydın Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı