Ermənistan hakimiyyəti üçün QORXUNC PLAN: “Sabahdan başlayaraq…”

Ermənistan hakimiyyəti üçün QORXUNC PLAN: “Sabahdan başlayaraq…”
22:33 26 Aprel 2018
129 Digər
Ölkə mətbuatı
A- A+

“Mənim addımım” hərəkatı aprelin 27-də İrəvanda kütləvi etiraz aksiyalarını keçirməyəcək.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda İrəvanın Respublika meydanında keçirilən mitinqdə etiraz aksiyalarının lideri, parlamentin deputatı Nikol Paşinyan bildirib.

Nikol Paşinyan qeyd edib ki, sabah ölkənin ikinci böyük şəhəri olan Gümrüdə mitinq keçiriləcək. Vanadzorda isə mitinqin aprelin 28-də keçirilməsi nəzərdə tutulub. Müxalifət lideri İrəvanda etiraz aksiyalarının “görünməmiş güclə” 29-30 aprel və 1 may tarixlərində yenilənəcəyini söyləyib.

Müxalifətin bugünkü mitinqi İrəvanın mərkəzi küçələri üzrə təntənəli yürüşlə başa çatıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/southcaucasus/238973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR