Avropa Birliyi İranın nüvə silahının hazırlanmasına dair gizli proqramının olmasına inanmır.
Metbuat.az-ın məlumatına görə, Misirdə səfərdə olan qurumun Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Federika Moqerini bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatları İranın nüvə anlaşmasını pozduğunu sübut etmir.
“Netanyahunun bəyanatları məndə İranın hərtərəfli fəaliyyət planını yerinə yetirdiyinə şübhə oyatmadı” – deyə o bildirib. Avropalı diplomat əlavə edib ki, Netanyahunun iddialarını araşdırmaq Atom enerjisi üzrə Beynəlxalq agentliyin işidir: “Buna görə də AEBA-nın cavabını gözləmək və sənədlərə istinad etmək lazımdır”.
Sübhan / METBUAT.az