Paytaxtın Nərimanov rayon Balaəmi Dadaşov küçəsində yaşayan sakinlər evlərinin sökülməsi ilə bağlı redaksiyamıza müraciət ediblər.

Rayon sakini Pərviz Salmanlı bildirib ki, əraziyə 2 həftə öncə texnika cəlb olunub və evlərin sökülmə prosesinə başlanılıb. Rayon sakinləri iddia edirlər ki, onlara evin hər kvadrat metri üçün 1500 manat təklif olunur.Lakin bu məbləğ onları qane etmir. Pərviz Salmanlı isə iddia edir ki, ona Nərminovdakı yaşadığı 3 otaqlı evi müqabilində Zabrat qəsəbəsində 2 otaqlı ev təklif olunur. Lakin ailə üzvlərinin sayı çox olduğundan sakin evindən çıxmaq istəmir.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin əməkdaşı Metbuat.az-a açıqlamasında bildirdi ki, sözügedən ərazidə birşaba heç kimin evi sökülmür:

“Pilot layihədir. Layihə çərçivəsində öncədən vətəndaşlala görüşüb, müqavilə bağlanır. Evlər ölçüldükdən sonra sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunur. Həmin pulu şirkət özü ödəyir. Sakinlər daha sonra yaşadıqları evin kvadratından artıq təmirli evlərlə təmin olunur”.

Xəyalə Məmmədova / METBUAT.az

Ət bu cür görünürsə, DİQQƏT! - At və eşşək əti ola bilər – Tıklayın!