Sığorta bazarındakı SON DURUM

“Daşınmaz əmlakın icbari sığortası avtomobillərin icbari sığortasının satışına nisbətdə çox zəifdir”

Bu sözləri Metbuat.az-a açıqlamasında sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib.

“Aprel ayının 15-dən ölkədə avtomobillərin icbari sığortası ilə bağlı sığorta agentliklərinə yeni bir sistem tədbiq edilib. Əvvəllər sığorta agentlikləri birbaşa sığorta şirkətləri təqdim etdiyi sistem ilə işləyirdilər. İndi isə sistem tamamilə fərqlidir. Hazırda hər hansı bir sığorta agentliyi işindən sui istifadə edərsə, İcbari Sığorta Bürosu həmin agentliyin sistemini dondura bilər. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, lisenziyasını da əlindən ala bilər. Bu sistem vaxtilə sığorta bazarında baş verən neqativ halları aradan qaldırdı. Belə ki, artıq sığorta agentlikləri bu sistemə ya “Asan İmza”, ya da elektron imza ilə daxil ola biləcəklər. Heç bir halda ikisi ilə də daxil olmaq mümkün deyil. Bu da onu göstərir ki, İcbari Sığorta Bürosu birbaşa olaraq çalışdı ki, bu işi sırf sığorta agentlikləri görsün. Yəni, bazarda olan başqa şəxslər uzaqlaşdırılsın. İcbari Sığorta Bürosunun yaratdığı bu sistem bazarda birbaşa şəffaflığa doğru atılmış bir addımdır. Hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə qətiyyən problem qalmayacaq.

Avtonəqliyyatda olduğu kimi daşınmaz əmlakın da icbarı sığortası 2012-ci ildən ölkədə tədbiq olunur. Əfsuslar olsun ki, avtomobilə nisbətdə bir o qədər də populyar deyil. Qeyd etmək istərdim ki, Bakı şəhərində 50 manat ödəməklə vətəndaşlar 25 min manatlıq əmlaklarını sığortalaya bilərlər. Sığorta şirkəti vətəndaşlar qarşısında 25 min manata qədər öhdəlik daşıya bilər. Belə olan halda, insanlar yanğın, subasma kimi hallardan evlərini sığortalaya bilirlər. Hazırda sığortanın bu növünün maarifləndirilməsi zəif gedir. Bu gün vətəndaşlar birmənalı olaraq avtomobillərini sığortalayırlar. Çünki Dövlət Yol Polidsi sığorta olunmayan avtomobili saxlayıb cərimələyirlər. Bu səbələ, daşınmaz əmlakın icbari sığortasında bir o qədər iş getmir. Avtomobilə nisbətdə çox zəifdir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Adi bir qəzet elanı ilə işə düzəldim” - Dilarə Zamanovayla MÜSAHİBƏ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR