“İstinad materiallarda edilən əlavə dəyişikliklərə görə saytlar məhkəməlik ola bilərlər”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşünas Tağı Hüseynov bildirib.

Onun sözlərinə görə, istinadla verilən materiala əlavə olunan sözlər kiminsə marağına toxunubsa və ortada yanlış informasiya varsa, qarşı tərəf məhkəməlik olacaq:

“Bu sözlərə görə həmin şəxs cavab verməlidir. Belə hallar tez-tez yaşanır. Mətnə əlavə edilən sözün təhqir və böhtan olmasından asılı olmayaraq, istənilən halda orada pul cəriməsi, inzibati həbs və azadlıqdan məhrumetmə var.

Əlavə olunan söz böhtandırsa, həmin saytı 100 manatdan 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilə qədər islah işləri və 6 aya qədər azadlıqdan məhrumetmə cəzası tədbiq edilir. Təhqirdirsə, 300 manatdan 1000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilə qədər islah işləri və 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin ağır cinayətlə bağlı böhtan olarsa, o zaman 3 ilə qədər azadlıqdan məhrumetmə var. Lakin bununla kifayətlənmir. Tərəf bunu məhkəmədə sübut etdirərsə, şərəf və ləyaqətin, işgüzar nüfuzun alçaldılması ilə bağlı məhkəmədə pul təzminatı da ala bilərlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sığorta bazarındakı SON DURUM - Nicat Əlibəylidən AÇIQLAMA – TIKLAYIN!