Ötən həftə karyerasını başa vuracağını elan edən Gökdeniz Karadeniz Tatırstan Respublikasının prezidenti tərəfindən mükafatlandırılıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Rubin"in yarımmüdafiəçisi respublika futbolunun inkişafında pay sahibi kimi "Tatarıstan Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninə layiq görülüb.
Daha öncə Kazan klubu Gökdenizin geydiyi 61 nömrəli formanı əbədiləşdirmişdi.
Milli.Az