Perunun cənubunda 5,0 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Luta yaşayış məntəqəsindən 19 km cənub-şərqdə, ocağı 100 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Milli.Az