Metbuat.az xəbər verir ki, Pişik Günel kimi tanınan müğənni Günel Ələkbərova ilk dəfə “Atv maqazin onlarla”ya rəsmi nikahsız ailəsindən danışıb. Bir qız anası olan Günel öz xoşbəxtliyini heç bir ailənin bədbəxtliyi üstündə qurmadığını bildirib:
“Rəsmi nikah yoxdur, kəbinimiz var. Əsas odur ki, övladım halallıqla dünyaya gəlib. Həyatdı da, əslində olmamalıydı, oldu da. Qızıma görə heç də peşman deyiləm. Övladımın anası da, atası da yanındadır. Övladımın atası əslində evlidir. Mən heç kimin ailəsini dağıtmamışam. Nə olub məndən öncə olub. Həmişə mübarizə aparmışam. Bu gün də qızım üçün mübarizə aparmaq üçün ayaqda olacam. Qızım üçün yaşayacam.”
Damla "Şakiraya bənzəyir" fikirinə qulağını çəkib -
VİDEO - Oxumaq üçün tıkla |