Baloğlan Əşrəfov əsəbiləşdi:

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsertdən sonra baş verənlər əməkdar artist Baloğlan Əşrəfovun xoşuna gəlməyib.

Metbuat.az xəbər verir ki, müğənni diqqətsiz jurnalistlərdən şikayətlənib.

“Ulu öndərimizin ad günü münasibətli Türkiyədən Sərdar Ortac Xətai rayonuna konsertə gəlmişdi. O boyda adam orda mənim adımı qeyd edib, mahnımı oxuyub, məndən orda beş dəqiqə danışıb. Ancaq bir sayt, qəzet, jurnalist bir kəlmə belə olanlardan yazmadı. Bunlar hara baxır, nə yazır belə? Əslində bu? mənim üçün maraqlı idi, ancaq yazan olmadı. Ay balam, mən də azərbaycanlı balasıyam də. Nolar ki, elə məşhur müğənni dövlət, televiziya, bütün türk dünyası qarşısında mahnımı oxuyursa, niyə bir jurnalist onu işıqlandırmır?" - deyə B.Əşrəfov gileylənib.

Gülyanaq Məmmədova tanınmaz hala düşdü - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR