Ərdoğandan Qarabağ münaqişəsi barədə açıqlama -

Sabah İstanbulda İsləm Əməkdaşlıq Təşkilatının təcili toplantısı keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, Ankaranın çağırışı ilə təşkil olunacaq iclasın gündəmi Qəzzadakı qanlı hadisələrlə bağlı olacaq. Toplantı zamanı Amerika Birləşmiş Ştatları səfirliyinin Qüdsə köçürülməsi və bunun törətdiyi fəsadlar müzakirə olunacaq.

Toplantıya dair açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə fələstin xalqına dəstəyindən vaz keçməyəcək. Onun sözlərinə görə, Qəzzadakı hadisələr bütün beynəxlaq qurumlar üçün imtahandır.

Təəssüflər olsun ki, indiyə qədər dünya bu imtahandan üzüağ çıxmayıb. Ərdoğan bildirib ki, Türkiyə dünyadakı problemlərin həllində o cümlədən Dağlıq Qarabağ münaqişəsində haqlının tərəfində mövqe tutub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR