"Napoli" müdafiəçisi Kalidu Kulibaliyə qiymət qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, neapollular seneqallı futbolçunu 120 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyillər. Rəhbərlik bu yolla potensial alıcıları transferdən çəkindirdiyinə inanır.

Qeyd edək ki, 2014-cü ildən bəri "Napoli"-nin şərəfini qoruyan Kulibali Chelsea və Real kimi nəhənglərin maraq dairəsindədir.

Milli.Az