Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki zona müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak edib.
Zona müşavirələrində 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilib.
Zona müşavirələrində Elmi-Tədqiqat Heyvandarlıq, Elmi-Tədqiqat Baytarlıq, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorları heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlarla çıxış ediblər.