Bursa Polis İdarəsi narkotik cinayətlərlə mübarizə şöbəsinə Bursanın Mustafa Kamal Paşa bölgəsində 11 fərqli ünvanda narkotik maddə ticarəti ilə məşğul olunduğu məlumatı çatıb.
Metbuat.az xəbər verir ki, səhər saatlarında Bursadan yola çıxan komanda 11 fərqli ünvana eyni zamanda basqın təşkil edib. Xüsusi əməliyyat komandalarının da qoşulduğu əməliyyatda əvvəlcədən müəyyən olunan evlərin qapıları qoç başları ilə qırılıb. Narkotik maddə ticarəti ilə məşğul olduğu müəyyən olunan 22 nəfər tutularaq nəzarətə alınıb. Evlərdə edilən axtarışda müəyyən miqdarda narkotik aşkar olunub.
Digər tərəfdəm əməliyyat zamanı uzun müddətdir axtarılan və doğuşdan yerimə əngəlli olan, əlil arabasında narkotik maddə ticarəti ilə məşğul olduğu müəyyən edilən 35 yaşlı A. D saxlanılıb. Evində edilən axtarış zamanı narkotik maddə ələ keçirilib.