Yarımçıq doğulan üçəm qız uşaqları maddi çatışmazlıqdan müalicə ala bilmirlər.

Uşaqların atası Ceyhun Oqtay oğlu Əliyev Metbuat.az-a müaciətində bildirib ki, övladları bu ilin aprel ayında dünyaya gəlib. 7 aylıq körpələr yarımçıq doğulduqlarından Bakıdakı xəstəxanalardan birinə yerləşdiriliblər. Lakin maddi çatışmazlıqdan müaliəcələri davam etdirilə bilməyib. Bu səbəblə, ailə uşaqları yaşadıqları Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinə gətiriblər. 23 yaşlı ata uşaqlarına baxmaq üçün dövlətdən maddi yardım istəyir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sunay Ramazanova qeyd edib ki, təcrübədə üçəm uşaq dünyaya gətirən ailələrə dövlət tərəfindən maddi yardım olunur. Bununla bağlı həmin şəxs yaşadığı ərazi üzrə Sosial Müdafiə Fonduna müraciət edə bilər.

Xəyalə Məmmədova / METBUAT.AZ

Binanın mansardından ucuz ev almaq istəyənlər - Bu sənədə DİQQƏT! – tıklayın!