Abşeron rayonun bəzi ərazilərində gündəlik olaraq qazın verilişində fasilələr yaranır.
Bu barədə redaksiyamıza daxil olan müraciətdə bildirilir. Qeyd olunur ki, Xırdalana şəhəri, Güzdək qəsəbəsi ərazisində qaz fasilərlə verilir.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, təbii qazın verilməsi gündəlik olaraq dayandırılmır:
“Aparılan yenidənqurma, abadlıq, quruculuq işləri nəticəsində yeni yollar çəkilir, yeraltı keçidlər tikilir. Bu zaman tikinti gedən ərzidə olan qaz xəttinin təhlükəsiz əraziyə körülməsi zərurəti yaranır. Qaz xəttinin yerinin dəyişməsi zamanı fasilələr yarana bilir. Bu da öncədən ictimaiyyətə bildirilir. Xəbərdarlıq olunur ki, təhlükəsizlik qaydalarına əməl olunsun. Amma mütəmadi olaraq qaz təchizatının dayandırılması ilə bağlı heç bir problem yoxdur. Əhali dayanıqlı şəkildə təbii qazla təmin olunur”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Sayğacınız qazın təzyiqinə dözmürsə - BUNU ETMƏYİN! – Tıklayın!