1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi “Qaynana” filminin müasir versiyası çəkiləcək.
Publika.az xəbər verir ki, filmdə qaynana obrazını Xalq artisti Flora Kərimova canlandıracaq. Bu barədə müğənni özü məlumat verib. Layihənin çəkilişləri artıq başlanılıb.
F.Kərimova film haqqında təəsüratlarını bölüşüb: “Baş rolunu ifa etdiyim "Qaynana 2018" filminin çəkilişlərindən... Heç ağlıma gəlməzdi ki, 40 il öncə saundtreklərini ifa etdiyim filmin yeni versiyasında Qaynana mən olacağam. Filmi gözləyin!”
Xalq artisti ilə yanaşı layihədə Elməddin Cəfərov, Sevinc Əliyeva, Elçin Muradov, Elçin Allahverdiyev, Riad Əbdülov, Azum Oqocukvo Joy və başqaları rol alıb. Filmin ən gözləniləməz qəhrəmanı “Papito” mahnısının məşhur ifaçısı, rumıniyalı müğənni Seeyadır.
Filmin ssenari müəllifi Nicat Dadaşov, operator Şahmar Səfəroğludur.