Xalq artisti Flora Kərimova "Qayınana 2018" filminə çəkilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur.

Filmdə F.Kərimova ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. "Qayınana"da epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.

Milli.Az