Cənubi Koreya prezidenti Mun Çje İn Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Metbuat.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Seuldakı dövlət rəhbərliyi görüşün 23-24 iyun tarixlərində baş tutacağını açıqlayıb.
Açıqlamada Koreya yarımadasında bağlanan sülhün iki ölkə arasındakı strateji əlaqə və əməkdaşlığı genişləndirəcəyi deyilib.
Qeyd edək ki, iki ölkə arasındakı görüş 1999-cu ildən bəri ilk dəfə baş tutacaq.
Aysel Yaqubqızı / Metbuat.az