Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölüb

13:07 12 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 13:05 ]

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

 

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan sərnişinlər Aşağı Kəsəmən kənd sakinləri - 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

 

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR