Bu gün "Maşın" realiti-şounu müğənni Rahidə Baxışova tərk edib.

Publika.az xəbər verir ki, Atv kanalında yayımlanan şouda bu gün qutudan ən çox şəkli çıxan iştirakçı müğənni Rahidə Baxışova olub. Səsverməyə çıxan müğənni əvvəlcə hədəfini açıqlamasa da, sonradan rəqibinin Abbas Bağırov olduğunu elan edib.

Bir neçə gündür ki, Rahidə Baxışova ilə qalmaqal yaşayan aktrisa Pərvin Abıyeva isə onun səmimiyyətinə şübhə etdiyini deyib. Aktrisa hesab edib ki, R.Baxışova R.Zərgərlinin tapşırığı ilə sağ göstərib sol vuracaq.

Bundan başqa, R.Baxışova Murad Dadaşova verilişin əvvəlində etiraf edib ki, oyunu tərk etmək istəyir. Lakin M.Dadaşovun qalırsınız və ya gedirsiniz sualından sonra oyunu davam etdirəcəyini söyləyib.

Müğənni sonda 46,34 səs faizi ilə ölkənin ən reytinqli verilişi "Maşın" şounu tərk edib.