Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.
H qrupunda mübarizə Kolumbiya - Yaponiya görüşü ilə başlayacaq. Heyətində ulduz futbolçuları olan cənubi amerika təmsilçisi bunun köməyi ilə mundiala qələbə ilə start götürmək niyyətindədi. Lakin indiyə qədər baş tutan matçlar ulduzların varlığının uğur üçün kifayət etmədiyini ortaya qoyub.
Qrup mərhələsində ilk tura Polşa - Seneqal qarşılaşması ilə yekun vurulacaq. Bu oyun daha çox Levandovski - Mane mübarizəsi kimi qələmə verilir. Polşalılar bir çoxları tərəfindən qrupun favoriti hesab olunsa da, Seneqal millisinin heyətində kifayət qədər tanınmış sima var.
Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.
Dünya çempionatı
19 iyun
H qrupu
16:00. Kolumbiya - Yaponiya
Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)
Saranks, "Mordoviya Arena"
19:00. Polşa - Seneqal
Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)
Moskva, "Spartak" stadionu
A qrupu
22:00. Rusiya - Misir
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, Şəhər stadionu
Milli.Az