Rusiyadakı dünya çempionatında bu gün maraqlı görüş keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.
A qrupu
22:00. Rusiya - Misir
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, Şəhər stadionu
Milli.Az