Qoç - Günü ailə üzvlərinizə və özünüzə həsr
edin. Böyük dəyişikliklər olmayacaq və sizdən də əlahiddə səylər
tələb edilməyəcək. Sakit və monoton çalışın, işlərinizdə qayda
yaradın. Bu gün problemlər ciddi şəkildə hiss olunmasa da, sizi
qane edəcək həll variantı tapılmayacaq.
İzafi emosionallıq və hissiyyat sakitlik, hərəkət, diqqət və qayğı
tələb edir.
Ailə üzvlərinizin qayğıları ilə maraqlanın, onlara yardın edin,
dinləyin. Emosional himayə ən gözəl yardımdır.
Buğa - Gün təmaslar, danışıqlar və xəbərlər
baxımından zəngin olacaq. Çox iş görməli, müxtəlif tapşırıqları
yerinə yetirməli, nəyisə tapmalı və ya təşkil etməlisiniz.
Effektivlik orta səviyyədən aşağı olmasın deyə, tənbəllik etməyin.
Fikrinizi yayındırmayın, tez-tələsik başqa işlərlə məşğul
olmayın.
Diqqəti ikinci dərəcəli işlərə yayındırıb əsas məsələni unutmayın.
Bu gün səhər saatlarından plan hazırlayaraq fəaliyyət göstərin.
İşlərinizə başqalarının müdaxiləsinə imkan verməyin. Ev işləri üçün
optimal gündür. Görüləsi işləri başa vurmaq üçün əyləncəyə və
istirahətə daha az vaxt ayırın.
Əkizlər - İfrat dərəcədə aktiv olmayın, rutin
işlərlə məşğul olun və belədə gün uğurlu keçəcək. Özünüzü narahat
hiss etdiyiniz yerdə çox qalmayın. Sizi yanlış anlaya bilərlər.
İncikliyə yol verməyin, səhih danışmağa çalışın. Düşünülməmiş
addımlar atıb, tələsik qərarlar verməyin.
Hissiyatınızı dinləyərək ilkin emosiyalara uymasanız, işləriniz
alınacaq. Maraqlı nə isə aşkarlasanız, onu təhlil edin. Evdə, ailə
üzvlərinin yanında özünüz təhlükəsizlikdə hiss edəcəksiniz. Günün
işlərində çətinliklərin səviyyəsindən asılı olmayaraq onları
müzakirə edin.
Problemlər çözüləndir.
Xərçəng - Hadisələrin axarına mane olmayın.
Problemlər öz-özünə həllini, suallar da cavablarını tapacaq. Yeni
perspektivlər yarana bilər. Münasibətlərdə ikili standartları və ya
tərəfdaşınızın, iş yoldaşınızın sizi aldatmağa çalışdığını hiss
edəcəksiniz. Qəti qərar verməyə tələsməyin.
Yaxın ətrafınızdakı insanlar bu gün asan, dolayı yollar aramağa,
gərginlik və işdən yayınmağa çalışacaqlar. Ən mühüm məsələ və
problemlərin həllinə çalışın. Ailədəki bir işlə mühüm məşğul olmaq
ehtiyacı yaranacaq. Heç nəyi köklü şəkildə dəyişməyin. Səylərinizi
maddi baxımdan nəticə və ya formal sonucun əldə olunmasına
yönəldin.
Şəxsi münasibətlərdəki inkişafı sürətləndirməyin.
Şir - Yalana düçar olacağınız situasiyaya
düşməməyə çalışın. Sizi dilə tutaraq müəyyən məsələ ilə bağlı
öhdəliyə nail olmağa çalışacaqlar. Bilin ki, razılıq versəniz,
sonradan ciddi problemlə qarşılaşacaqsınız. İntriqa və oyunlara
qatılmayın, dedi-qodu etməyin.
Tələsmədən düşünün, götür-qoy edin, təhlilə varın. Belədə mühüm
problemin yeni anlamına nail ola bilərsiniz. İnformasiya ənənəvi
kanallardan yan keçərək gələcək, sayıq olun. Dəyər verdiyiniz
insanlarla münasibətləri sərinləşdirməyin. Mübahisə yaranarsa, tez
barışın. Ev işlərini görün, qohumlara baş çəkin.
Alış-verişdə çox pul xərcləməyin. Ərzaq alarkən son istifadə
tarixini yoxlayın. Mühüm qərarlar, bəyanatlar və əməllər üçün
uğursuz gündür.
Qız - Bir yerdə dayanmadığınız, ətalətdə
olmadığınız üçün bu gün sizi mükafatlandıracaq. Mənəvi əhəmiyyət
kəsb edən hadisə baş verəcək. Ola bilər ki, nədənsə əl çəkəsiniz,
hansısa məsələdə güzəştə gedəsiniz. Yaranacaq yeni vəziyyət sizi
məcradan çıxaracaq. Yeni işlərə başlamayın. Amma faydalı məlumatlar
və informasiya aldığınız bütün kanalları açıq saxlayın.
Kiməsə yardım edərək cavab reaksiyası ala bilərsiniz. Hadisələrə
aşkar və sərt təsir etməyə çalışmayın. Ola bilər ki, yaşanan
situasiyada başqa adamın marağı sizdən daha çoxdur.
Tərəzi - Hadisələrin gedişatı və olayların məcrası
indi sizə aydın olsa da, yaşananlar bir anlıq olsa da, narahatlıq
yarada bilər. Çünki bütün bunları istəmirdiniz, ehtimal etmirdiniz.
Başqalarının inadkarlığı və ambisiyaları ilə əbəs yerə mübarizə
aparmayın.
Güzəştə gedin, qüvvənizi sərf etməyin. Emosiyalarla dolu olan günü
başa vurun. Qüvvəni və aydın düşünmə qabiliyyətini bərpa etməyin ən
yaxşı yolu bir müddət tənha qalmaqdır.
Mövqeləri müdafiə etmək və eyni zamanda sakit həyat tərzinə davam
etmək çətindir. Fəqət, hazırda sakitlik daha önəmlidir. Yaxşı
təamlar, təmiz hava, yetərincə yatmaq və ətrafdakıların seçiminə
dözüm günü problemsiz başa vurmağa imkan verərdi.
Əqrəb - Hadisələrin gərginləşəcəyi, əsəblərin
tarıma çəkiləcəyi, işlərdə və hisslərdə qeyri-stabilliyin olacağı
gündür. Münasibətlərdə əminlik hiss etmədiyiniz insanla çox açıq və
səmimi danışmayın. Günün işləri kimi, hisslərlə əhvalın dəyişməsi
də gözlənilməz ola bilər.
Hər şey ani hisslərə əsaslana bilər. Sizə nədənsə xəbər verən
işarələrə və nişanlara fikir verin. Emosiyalar burulğanında
batmamaq üçün bəlkə də ironik olmalısınız - kim bilir...
Açıq havada gəzinti, əylənmək, istirahət etmək faydalıdır. Hədiyyə
dükanlarına baş çəkin, ya da böyük ticarət mərkəzinə yollanın.
Oxatan - Maliyyə məsələləri və ödənişlərdə
diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı narahat
fikirlər və maddi perspktivlərdən qaynaqlanan qayğıları daha
konstruktiv məcraya yönəldin. Çoxdan başladığınız, amma yarımçıq
qalmış işi tamamlayıb başa vurun.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səbrli olun,
münaqişə, fikir ayrılığı, anlaşılmazlıq və inciklik yarada biləcək
söhbətləri dəstəkləməyin.
Şəxsi münasibətlərdə yeni intriqa yarana bilər. Sevdiyiniz insanın
qəlbini qırmayın.
Oğlaq - İndi bir çox situasiyalarda dominant rolu
oynamaq istəyirsiniz. Şərti məqamların üstündən keçməməyə,
üstünlüyünüzü nümayiş etdirməməyə çalışın, yaxın ətrafınızdakı
insanların hisslərinə daha çox diqqət verin. Gün ərzində əks cins
mənsubu ilə bağlı qəfil situasiya, valideynlərlə fikir ayrılığı
mümkündür.
Təmasları məhdudlaşdırın, sizə maraqlı gələcək işlə məşğul olun.
Uşaqlarla vaxt keçirmək də pis olmazdı.
Qarşılıqlı münasibətlərdə emosiyalar güclənir. Rəğbət bəslədiyiniz
adamın qatıldığı tədbirdə iştirak edin.
Dolça - Bu günü ailə üzvlərinə, evdə bayram
əhval-ruhiyyəsinin davamına həsr edin. Dostları qonaq çağırın.
Emosional qeyri-stabillik alış-verişdə bədxərcliyə vadar edə bilər.
Lakin pul xərcləmək gərginliyin aradan qaldırılması üçün vasitə
deyil. Soyuqqanlı və məntiqli olun. Əks təqdirdə bu gün ciddi
səhvlərə yol verdiyinizi bir qədər sonra anlayacaqsınız.
Maraqlarınızın təminatı üçün görüş tuta bilər. Söhbət maraqsız və
cansıxıcı olsa da, dözün.
Axşam saatlarında istədiyiniz təki dincəlin.
Balıqlar - Ay sizin hissiyat və emosionallığınızı
artıracaq. Gün mahiyyət etibarilə rahat olacaq, məhsuldar
qarşılıqlı əlaqələr, faydalı informasiya mübadiləsi və dəstək
mühiti yaradacaq. Bir çox məsələləri qeyri-rəsmi şəraitdə müzakirə
etmək olar. İstənilən halda həmsöhbətinizin davranışına fikir
vrein.
Müsbət əhval-ruhiyyə söhbəti doğru istiqamətə yönəltməyə imkan
verəcək. Çətinliklər olacaq, lakin onların öhdəsindən gələ
bilərsiniz. Səmimi söhbət gərginliyi aradan qaldırmağa imkan
verəcək. Ailə üzvləri və yaxınlarınızı sevindirin. Siz də
sevinərsiniz.
Milli.az