Uruqvay millisinin hücumusu Luis Suares üçün DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı matç (1:0) əlamətdar olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bu görüşlə yığmadakı 100-cü oyununa çıxıb. Komandasının qələbə qolunun müəllifi olan 31 yaşlı hücumçu bununla da üç dünya çempionatında qol vuran ilk uruqvaylı oyunçu olub.
Komandasına 1:0 hesablı qələbə qazandıran təcrübəli forvard nəticənin gözlənilməz olduğunu bildirib:
"Oyun çox çətin keçdi. Nəticə məni müəyyən qədər təəccübləndirdi. Amma bu, dünya çempionatıdır. Biz meydana qol vurmaq, qələbə qazanmaq üçün çıxırıq. Sözün düzü, istədiyimiz kimi oynaya bilmədik. Amma əsas odur ki, lazımi nəticəni qazandıq. Ardıcıl üçüncü dəfə dünya çempionatında pley-offa adladığımız üçün fəxr edə bilərik"
Qeyd edək ki, L.Suares Uruqvay millisinin tarixinin DÇ-dəki bombardirləri siyahısında Dieqo Forlana çatıb. 6 qolu olan L.Suares təkcə Oskar Miqesdən (8 qol) geri qalır.
Milli.Az