Tanınmış ingilis biznesmen irqçilikdə günahlandırılır.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Lord Alan Sugar adlı iş adamı Seneqal yığmasına qarşı hörmətsizlik edib.

Şəxsi Tvitter hesabında "caps" hazırlayan biznesmen Seneqal yığmasının futbolçularını qara dərili olduqlarına görə ələ salıb.

Sözügedən tvit qalmaqal yaradıb. Seneqal yığması biznesmendən üzr istəməyi tələb edib. Lord Sugar üzr istəməyə məcbur qalıb. Lakin seneqallılar üzrü yetərsiz sayır, onun vəzifəsini itirməsini istəyirlər.

Emin
Milli.Az