Göygöldə qəzada xəsarət alanların kimliyi bilindi - YENİLƏNİB-1

Göygöldə qəzada xəsarət alanların kimliyi bilindi - YENİLƏNİB-1
04:14 25 İyun 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan daha 5 nəfərin kimliyi məlum olub.

 

APA-nın məlumatına görə, bunlar Ağstafa rayon sakinləri, 1976-cı il təvəllüdlü, Namazov Rüfət Arif, 1978-ci il təvəllüdlü Həsənov Zaur ələmdar oğlu, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Əliyeva Zahidə Qələndər qızı və onun iki azyaşlı övladıdır.

 

Uşaqlar Gəncə səhər 2 saylı birləşmiş uşaq xəstəxanasına yerləşdiriliblər

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

 

 

***

 

Göygöldə baş verən zəncirvari qəzada xəsarət alanlardan 3 nəfərin kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun məlumatına görə, bunlar  Ağstafa rayon sakinləri 1950-ci il təvəllüdlü Xəlilova Mahirə Əbdülrəhman qızı, 1986-cı il təvəllüdlü Xəlilova Günay Əbülfəz qızı və Şəmkir rayon sakini 1960-cı il təvəllüdlü İbrahimov Kərim İbrahim oğludur.

 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

 

 

***

 

 

Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes",  "VAZ 2107" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/304214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR