“CinemaPlus Amburan” yay mövsümünü açıq elan edib.
Metbuat.az bildirir ki, tanınmış kinoteatrlar şəbəkəsi bunla bağlı Amburan Mall-da açıq hava partisi keçirib. Gecədə tanınmış qonaqlar, bir sıra təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak edib.
Tədbir 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilində dublyaj olunmuş dramatik ispan filmi - “Eskobar”ın nümayişi ilə bitib.
Filmi dublyaj ediblər: Aqil M. Quliyev, Oksana Rəsulova, Tural Əsədov, Elşən Rüstəmov, Kazım Abdullayev, Vüsal Murtuzəliyev, Səid Nizami, Rövşən Məmmədli, Xətai Əli, Vüsal Hacıqədir, Hüsniyyə Mürvətova, Raksana Vəliyeva, Vüsal Xalıqoğlu, Nəzakət Şahbazi, Zemfira Abdulsəmədova, Müşfiq Mirzəzadə, Vüqar Hüseynov və Kamran Ağabalayev.
Dublyajın baş redaktoru Xətai Əli, rejissor Rövşən Məmmədli, səs rejissoru Orxan Ağalarov və Natiq Şirəliyev, səs operatoru Vüsal Abdulhəsənov, tərcüməçi Afaq Vasifqızı, post-prodakşn supervayzer Vüqar İslamzadə, baş produser Cəfər Axundzadədir.
Filmin rejissoru və ssenari müəllifi Fernando Leon de Aranoadır. Film kolumbiyalı narkobaron Eskobardan bəhs edir. Baş rolları Xavyer Bardem, Penelopa Kruz, Piter Sarsqaard ifa edir.
Qeyd edək ki, “CinemaPlus Amburan Mall” premium kinoteatrı kino həvəskarları üçün 24 saat işləyəcək.