İngiltərənin "Daily Mail" qəzetinin “Mail on Sunday” bölməsinin yazarı Nik Harris Dünya Dopinqlə Mübarizə Agentliyinin (WADA) sabiq prezidenti Riçard Maklarenin fikirlərinə əsasən, FİFA-nın Rusiyada dopinq qaydalarının pozulmasından xəbərdar olduğu və bu yöndə heç bir tədbir görmədiyinə dair məqalə yazıb.
Publika.az xəbər verir ki, bu məqalə federasiya tərəfindən sərt qarşılanıb.
Məqalə ilə bağlı FİFA-dan yazılı açıqlama verilib:
“Jurnalist Nik Harris hər zamankı kimi, oxucu kütləsinə son dərəcə həssas gerçəkləri təqdim edir. Məqaləsində araşdırmalarla əlaqəsi olmayan insaınlara söz haqqı verir və bununla birlikdə əsas nöqtələrə toxunmur. FİFA-nın araşdırmaları WADA ilə birlikdə aparılıb və WADA FIFA-nın gəldiyi qənaəti qəbul edib. Cənab Harrisin WADA-nın bu mövzudakı mövqeyinin əlaqəsiz olduğuna inanır”.

Araşdırma prosesində bütün bilgilərin incələndiyini vurğulayan FİFA-nın mətbuat departamenti qurumun Riçard Maklarenlə görüşdüyünü bildirib. Lakin Maklaren rusiyalı futbolçuların dopinqlə mübarizə qaydalarına zidd davrandığı haqda FİFA-ya hər hansı bilgi verməyib.
FİFA araşdırma çərçivəsində qadağan edilmiş maddələrin varlığı ilə bağlı bütün şübhəli nümunələri təkrar-təkrar analiz edib, nümunələrdəki izlər, duz səviyyəsindəki dəyişiklikləri nəzarətdən keçirib, Moskva Dopinqlə Mübarizə Labaratosiyasının sənədlərinin nəticələrinə baxıb və bəzi rus futbolçuları testdən keçirib. WADA FİFA-nın bu araşdırmasını və nəticələrini tanıyıb.
FİFA 2018-ci il Dünya Çempionatına qatılacaq Rusiya millisinin üzvlərin haqqında açılan bütün araşdırmaların tamamlandığını və bütün sənədlərin bağlanıldığını elan edib. Beləliklə, Nik Harrisin məqaləsindəki iddialar əsassız adlanıdılıb.
Qeyd edək ki, Rusiya millisi Dünya Çempionatı çərçivəsində keçirdiyi oyunlarda Səudiyyə Ərəbistanı yığmasını 5:0, Misir yığmasını isə 3:1 hesabı ilə məğlub edib. Rusiya bu gün 18:00-da növbəti matçına Uruqvayla çıxacaq.
Zümrüd