İnsanlar bu cür zərbələr vurmağıma öyrəşiblər. Yaxşı zərbə vurdum. Vacib olan növbəti mərhələyə çıxmaq idi. Bunu bacardıq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Rikardo Kuarejma DÇ-2018-in qrup mərhələsinin üçüncü turunda İranla bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.

Komandasının yeganə qolunun müəllifi olan 34 yaşlı oyunçu növbəti mərhələyə yüksəlməklə hədəflərinə çatdıqlarını bildirib: "İndi növbəti matça hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Uruqvayla oyununun çətin olacağını bilirik. Çox güclü oyunçulara sahibdirlər. Yaxşı istirahət etməli və növbəti matça hazırlaşmalıyıq".

Milli.Az