Rusiyada keçirilən dünya çempionatında 1/8 finalın cütlərindən daha 2-nin tərkibi müəyyənləşib.
"Report"un məlumatına görə, F qrupundan mərhələ adlayan İsveç və Meksikanın ardından Braziliya və İsveçrə yığmaları da bu hüquqa yiyələnib.
Beşqat dünya çempionları Serbiya ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 36-cı dəqiqədə Paulinyo, 68-ci dəqiqədə isə Tyaqo Silva vurub.
İsveçrə isə Kosta-Rika ilə görüşdə iki dəfə hesabda önə çıxdığı halda, qələbəni qoruya bilməyib. 31-ci dəqiqədə Blerim Cemalinin vurduğu qola 56-cı dəqiqədə Kendall Uoston cavab verib. 88-ci dəqiqədə Yosif Drmiç yenidən İsveçrəni önə çıxarıb. Lakin uzatma dəqiqələrində Kosta-Rika penalti qazanıb. Brayan Ruisin zərbəsindən sonra top dirəyə dəyib və geri qayıdarkən, qapıçı Yann Sommerin kürəyinə dəyərək, tora daxil olub.
Bununla da Braziliya 7 xalla qrup lideri olub. "Pentakampeonlar" 1/8 finalda Meksika ilə üz-üzə gələcək. İsveçrə isə 5 xalla 2-ci yeri tutub və növbəti mərhələdə İsveçə rəqib olub.
Braziliya — Meksika matçı iyulun 2-də Samarada, İsveç - İsveçrə qarşılaşması iyulun 3-də Sankt-Peterburqda keçiriləcək.
DÇ-2018, III tur, E qrupu
27 iyun
22:00. Serbiya - Braziliya - 0:2
Qol: Paulinyo, 36. Tyaqo Silva, 68
Hakimlər: Alireza Fağani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Jair Marrufo (ABŞ), Anuar Hila (Tunis)
Moskva, "Spartak" stadionu
22:00. İsveçrə - Kosta-Rika - 2:2
Qollar: Blerim Cemaili, 31. Yosip Drmiç, 88 - Kendall Uoston, 56. Yann Sommer, 90+3 (avtoqol)
Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
Daha əvvəl 1/8 final cütlərindən 4-ü məlum olub. İyunun 30-da Soçidə Uruqvay - Portuqaliya, Kazanda Fransa - Argentina və iyulun 1-də Moskvadakı "Lujniki" stadionunda İspaniya - Rusiya, Nijni-Novqorodda Xorvatiya - Danimarka görüşləri keçiriləcək.
***
Futbol üzrə dünya çempionatının F qrupunda III tur qarşılaşmalarına yekun vurulub.
Publika.az xəbər verir ki, son turda İsveç Meksikanı 3:0 hesabı ilə məğlub edib. Almaniya isə Cənubi Koreya yığmasına 0:2 hesabı ilə uduzub.
Bu nəticələrdən sonra Meksika və İsveç yığmaları 6 xalla 1/8 finala vəsiqə qazanıb. İsveç qrupu ilk sırada tamamlayıb. Son dünya çempionu Almaniya və Cənubi Koreya 3 xalla mundialla vidalaşıb. Sonuncu dünya çempionu qrupda sonuncu yeri tutub. Dördqat dünya çempionu 1938-ci ildən sonra ilk dəfə çempionatı qrup mərhələsində başa vurub.
***
DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq Meksika - İsveç matçı üçün start heyətlər açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:
Meksika: Oçoa, Salsedo, Layyun, Vela, Ernandes, Moreno, Errera, Kuardado, Alvares, Losano, Qalyardo
İsveç: Ulsen, Lustiq, Lindelof, Qrankvist, Auqustinsson, Larsson, Ekdal, Berq, Forsberq, Klasson, Toyvonen
***
DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə 18:00-da start götürəcək Cənubi Koreya - Almaniya oyunu üçün start heyətlər müəyyənləşib.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:
Cənubi Koreya: Ço Yun-Voo, Lii Yonq, Yun Yong Sun, Son Hinq-Min, Ko Ya-Çeol, Honq Çul, Cunq Voo Yunq, Lii Ya Sunq, Mun Son Min, Kim Yanq Von, Yanq Hen Su
Almaniya: Noyer, Hektor, Hummels, Xedira, Kroos, Verner, Özil, Roys, Qoretska, Zyule, Kimmix
***
Rusiyada keçirilən dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
Əvvəlcə F qrupunda 1/8 finalçılar müəyyənləşəcək. İlk iki turu itkisiz başa vuran Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir.
İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Bundestimin taleyi öz əlindədi.
E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.
Serbiya - Braziliya oyunu isə bütün dünyanın diqqət mərkəzində olacaq. “Sambaçılar”ı heç-heçə qane edir. Ancaq serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.
DÇ-2018. 3-cü tur
27 iyun
F qrupu
18:00. Cənubi Koreya - Almaniya
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”
18:00. Meksika - İsveç
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
|
1. |
Meksika |
2 |
2 |
0 |
0 |
3-1 |
6 |
|
2. |
Almaniya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
3. |
İsveç |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
4. |
Cənubi Koreya |
2 |
0 |
0 |
2 |
1-3 |
0 |
E qrupu
22:00. Serbiya - Braziliya
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu
22:00. İsveçrə - Kosta-Rika
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion
|
1. |
Braziliya |
2 |
1 |
1 |
0 |
3-1 |
4 |
|
2. |
İsveçrə |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
3. |
Serbiya |
2 |
1 |
0 |
1 |
2-2 |
3 |
|
4. |
Kosta-Rika |
2 |
0 |
0 |
2 |
0-3 |
0 |
Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.