DÇ-2018-də qrup mərhələsinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla da mükafatlar uğrunda mübarizəni davam etdirəcək 16 komanda müəyyənləşib.

Artıq 1/8 final mərhələsinin bütün cütləri bəllidi. Bu raundun son iki cütünü Belçika - Yaponiya və Kolumbiya - İngiltərə təşkil edib. Bir günlük fasilədən sonra davam edəcək mundialın bu mərhələsinin qarşılaşmaları 4 gün ərzində keçiriləcək.

DÇ-2018

1/8 final

30 iyun

18:00. Fransa - Argentina

22:00. Uruqvay - Portuqaliya

1 iyul

18:00. İspaniya - Rusiya

22:00. Xorvatiya - Danimarka

2 iyul

18:00. Braziliya - Meksika

22:00. Belçika - Yaponiya

3 iyul

18:00. İsveç - İsveçrə

22:00. Kolumbiya - İngiltərə

Milli.Az