DÇ-2018-in 1/8 final mərhələsinin ilk görüşündə üz-üzə gələcək Fransa və Argentina 12-ci dəfə qarşılaşacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki yığma indiyədək 11 dəfə görüşüb.

Bu matçlarda cənubi amerikalılar üstünlüyə malikdi. Onlar 6 qələbə qazanıbsa, fransalılar cəmi 2 dəfə sevinib. 3 görüş isə heç-heçə nəticələnib.

Argentinalılar son iki matçda quru hesabla qələbə qazanıb. Son matçda qollardan birinə Lionel Messi imza atıb. Fransanın son sevinci isə 32 il öncəyə təsadüf edib.

Əvvəlki 11 matçdan 9-u yoxlama, 2-si mundial matçı olub. 1930-cu ildə Uruqvayda, 1978-ci ildə Argentinada baş tutan görüşlərdə cənubi amerikalılar qalib gəlib. 3-cü sınaq isə Avropada baş tutacaq.

DÇ final mərhələləri

15.07.1930. Fransa - Argentina - 0:1

06.06.1978. Argentina - Fransa - 2:1

Yoxlama oyunları

03.06.1965. Fransa - Argentina - 0:0

08.01.1971. Argentina - Fransa - 3:4

12.01.1971. Argentina - Fransa - 2:0

25.06.1972. Argentina - Fransa - 0:0

18.05.1974. Fransa - Argentina - 0:1

26.06.1977. Argentina - Fransa - 0:0

26.03.1986. Fransa - Argentina - 2:0

07.02.2007. Fransa - Argentina - 0:1

11.02.2009. Fransa - Argentina - 0:2

Milli.Az