Uruqvay yaxşı komandadır. Oskar Tabares 12 ildir bu yığmada işləyir. Onların oyunçularını yaxşı tanıyırıq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santoş DÇ-2018-in 1/8 finalında Uruqvayla oyun öncəsi deyib.

O, Uruqvayın ciddi komanda olduğunu söyləyib: "Onları təhlil etməyə, araşdırmağa çalışırıq. Rəqibin zəif cəhətlərini tapmaq asan deyil. Ancaq biz Uruqvaya qarşı oynamağa hazırıq. Hər komandanın zəif nöqtəsi var. Bunu bilməli və qolları vurmalıyıq. Sabah meydanda qələbə qazanmaq üçün hər şey edəcək komandalar görəcəksiniz".

Qeyd edək ki, Uruqvay - Portuqaliya görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az