Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.

Soçidəki "Fişt" stadionunda Uruqvay və Portuqaliya milliləri qarşılaşıb.

Görüş cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uruqvayın hər iki qolunu 7-ci və 62-ci dəqiqələrdə Edinson Kavani vurub. Portuqaliya millisindən isə 55-ci dəqiqədə Pepe fərqlənib.

Beləliklə, 1/4 finalda Fransaya Uruqvay yığması rəqib olub. Bu görüş iyulun 6-da keçiriləcək.

Digər tərəfdən, argentinalı Lionel Messidən sonra portuqaliyalı Kriştianu Ronaldu da mundialla vidalaşıb. DÇ-2018-in qalan oyunları dünyanın iki ən yaxşı futbolçusu olmadan davam edəcək.

DÇ-2018, 1/8 final

22:00. Uruqvay - Portuqaliya - 2:1

Qol: Edinson Kavani, 7; 62 - Pepe, 55

Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)

Soçi, "Fişt" stadionu.

***

Rusiyada keçirilən dünya çempionatının 1/8 final matçında üz-üzə gələcək Uruqvay və Portuqaliya yığmalarının start heyətləri müəyyənləşib.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Ximenes, 3. Dieqo Qodin, 6. Rodriqo Bentankur, 8. Nahitan Nandes, 9. Luis Suares, 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 21. Edinson Kavani, 22. Martin Kaseres

Portuqaliya: 1. Rui Patrisiu, 3. Pepe, 5. Rafael Gerreyro, 6. Joze Fonte, 7. Kriştianu Ronaldu, 10. Joao Mario, 11. Bernardo Silva, 14. Villiam, 15. Rikardu, 17. Qonsalu Quedeş, 23. Adrian Silva

Soçidəki "Fişt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

***

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu baş tutub.

"Report" xəbər verir ki, "Kazan Arena"da son dünya çempionatının finalçısı Argentina ilə son Avropa vitse-çempionu Fransa yığmaları üz-üzə gəlib.

Görüş Fransanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Antuan Qrizmann açıb. Fransalı hücumçu komanda yoldaşı Kilian Mbappeyə qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.

41-ci dəqiqədə Anxel Di Maria uzaqdan qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı hesabda önə çıxarıb. Lakin 57-ci dəqiqədə Benjamen Pavar Fransanın bərabərlik qoluna imza atıb. Qələbə toplarının müəllifi isə 64 və 68-ci dəqiqələrdə Mbappe vurub. O, komandasını növbəti mərhələyə yüksəltməklə yanaşı, oyunun ən yaxşı futbolçusu seçilib. Uzatma dəqiqələrində Serxio Aqüeronun təsəlli qolu isə heç nəyi dəyişməyib.

Fransa yığması 1/4 finalda Uruqvay - Portuqaliya görüşünün qalibi ilə üz-üzə gələcək. Bu gün Soçidəki "Fişt" stadionunda keçiriləcək matç saat 22:00-da başlanacaq.

DÇ-2018, 1/8 final

Fransa - Argentina 4:3

Qollar: Antuan Qrizmann, 13 (penalti ilə). Benjamen Pavar, 57. Kilian Mbappe, 64; 68 - Anxel Di Maria, 41. Qabriel Merkado, 48. Serxio Aqüero, 90+3

Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)

Kazan, "Kazan Arena"

***

DÇ-2018-in 1/8 finalında Bakı vaxtı ilə 18:00-da başlayacaq Fransa - Argentina matçı üçün start heyətlər açıqlanıb.

Publika.az xəbər verir ki, FİFA-nın rəsmi saytının yazdığına görə, komandaların start heyəti aşağıdakı kimi olacaq:

Fransa: Lloris, Varan, Lyuk Ernandes, Pavar, Umtiti, Kante, Poqba, Matyuidi, Qrizmann, Jiru, Mbappe

Argentina: Armani, Otamendi, Maskerano, Talyafiko, Roxo, Di Mariya, Baneqa, Pavon, Peres, Merkado, Messi

***

Bu gün Dünya Çempionatında 1/8 final mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, mərhələ çərçivəsində 2 cütlük qarşı-qarşıya gələcək: Uruqvay – Portuqaliya və Fransa – Argentina.

İlk cütlük son dəfə 46 il əvvəl qarşılaşıb. Uruqvay-Portuqaliya milliləri tarixlərində yalnız iki dəfə qarşı-qarşıya gəliblər. İlk dəfə 1966-cı ildə görüşən millilər Portuqaliyanın paytaxtı Lissabonda hazırlıq matçı keçiriblər. Qarşılaşma ev sahibinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb. İkinci görüş isə 1972-ci ildə Braziliyada baş tutub. Braziliya Azadlıq Kubokundakı matç 1:1 hesabı ilə bitib.

Uruqvay

Dünya Çempionatının ən təcrübəli millilərindən olan Uruqvay13-cü dəfədir ki, final mərhələlərinə vəsiqə qazanıb.

Ev sahibi olduğu 1930 və Braziliyada keçirilən 1950 Dünya Çempionatlarında kuboku qazanan Uruqvay toplamda 54 matç oynayıb. Bu qarşılaşmaların 23-də meydandan qalibiyyətlə ayrılıb, 12 dəfə bərabərə qalıb, 19 dəfə isə məğlub olub. Cənubi Amerika komandası 85 qol vurub, 71 qol buraxıb.

Portuqaliya

Son 5-i üst-üstə olmaqla, toplamda 7-ci dəfədir ki, Dünya Çempionatına qatılan Portuqaliya bu günə qədər 29 matça çıxıb. Bu matçlarda 14 qalibiyyət, 6 bərabərlik və 9 məğlubiyyət əldə edib. Avropa təmsilçisi 48 qol vurub, 33 qol buraxıb.

Matç Bakı vaxtilə bu gün saat 22:00-da, “Fisht” stadionunda başlayacaq.

Günün digər bir cütlüyü isə Fransa-Argentinadır.

Bu cütlük tarixlərində 12-ci dəfə qarşı-qarşıya gələcək.

Rəqabətdə bu zamanadək Argentinanın üstünlüyü qeydə alınıb. Bu günə qədər 2-i rəsmi, 9-u özəl maçtda qarşılaşan Argentina 6, Fransa isə 2 qalibiyyət əldə edib. 3 matç bərabərə bitib. Argentinanın 12 qoluna Fransa 7 qolla qarşılıq verib.

Cütlük tarixlərində ilk dəfə Uruqvayın ev sahibliyi etdiyi 1930 Dünya Çempionatında qarşılaşıb. Matç 1:0 hesabı ilə bitib. Komandalar ikinci dəfə 48 il sonra görüşüb. 1978-ci ildə Argentinada keçirilən çempionatda ev sahibi 2:1 hesabı ilə qalib gəlib.

Fransa

Rusiyadakı turnirin favroitləri sırasında göstərilən Fransa 15-ci çempionat həyəcanı yaşayır. Fransızlar 1998-ci ildə ev sahibliyi etdikləri turnirdə çempion olublar. Dünya sırlamasında 7-ci yerdə duran Fransa Dünya Çempionatı tarixində 62 matçda 30 qola sevinib, 13 bərabərlik və 19 məğlubiyyət görüb. 109 qol vurub, 72 dəfə qol buraxıb.

Argentina

Argentina isə 17-ci dəfədir, Dünya Çempionatında iştirak edir. 1978 öz evində və 1986 Meksikada çempion olan cənubi Amerika təmsilçisi bu günə qədər 80 matça çıxıb. 43 qalibiyyət, 15 bərabərlik, 22 məğlubiyyət görüb. 134 qola sevinib, 84 dəfə top buraxıb.

Komandaların növbəti matçı bu gün Bakı vaxtilə saat 18:00-da, “Samara Arena”da baş tutacaq.

Zümrüd