Yaponiya millisi tarixinin rekorduna imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir, Asiya təmsilçisi DÇ-2018-də vurulan qol sayında ən yüksək göstəriciyə nail olub.

Belə ki, 1/8 finalın Belçika ilə qarşılaşmasında (2:3) rəqib qapısından iki top keçirən yaponiyalılar qol sayını 6-ya çatdırıb. Qrupda 4 dəfə fərqlənən asiyalılar Kolumbiya (2:1) və Seneqala (2:2) da iki qol vurmuşdular.

Bununla da DÇ-2002-də 5 qol vuran Yaponiya 16 ildən sonra bir mundialdakı məhsuldarlıq rekordunu yeniləyib.

Milli.Az