İnsan vücudu hələ də tam kəşf olunmayaraq qalmaqdadır. Alimlərin son kəşfləri göstərir ki, elə ən qorxduqlarımız öz vucudumuzda gizlənib.

Milli.Az islaminısesi.info-ya istinadən bildirir ki, insan bədəninə dair ən böyük kəşf "interstisyum" adlı yeni orqanın aşkarlanması olub. Alimlər bildirirlər ki, bu orqan insan bədənində xərçəngin yayılmasında baza rolunu oyanayır. Bu isə insan bədənin nə ilk, nə də son sürprizidir.

Elm dünyası 2017-ci ilə həzm sistemində yeni bir orqanın kəşfi ilə başladı.

İrlandiyalı cərrah Kalvin Koffey həzm sistemində həzmi təşkil edən bir orqanı aşkarladı. Mezenter adlanan bu orqan mədə, nazik bağırsaq və qarındakı digər orqanların bağlantı qurduğu nöqtədə yerləşir. Alimlər mezenterin forma və anatomiyası barədə məlumatlı olsalar da, onun əsas hansı rolu oynadığı haqda tam məlumata malik deyillər. Mezenterin bağırsaq xərçəngi, şişmanlıq və iltihablı bağırsaq xəstəliklərinə səbəb olduğu təxmin edilir.

Fizki sağlamlığımız Alzeymer xəstəliyi, depressiya və digər beyin xəstəlikləri arasında nə kimi əlaqə var? Bu suala cavab isə 3 il öncə ABŞ elm adamlarından gəldi. Virciniya universitetinin bir araşdırma komandası insan kəlləsinin düz altında immuntet sistemi ilə beyin arasında əlaqə yaradan damarı aşkarladı. Bu damarın kəşfi səs-küy yaratdı, amma eyni zamanda bu damarın da müxtəlif xəstəliklərə səbəb ola bilməsi təxmini də ortaya atıldı.

2016-cı ildə elm adamları beyin xəritəsini yenidən təzələdilər. Bu xəritəyə əsasən məlum oldu ki, insan beynində daha öncə heç kəşf edilməmiş 97 yeni bölüm var. Nature dərgisində yayımlanan bu xəritə tam aydın olmasa da, bu yeni texnologiya ilə ilk cəhd idi.

Milli.Az