Əməkdar artist Röya Ayxan instaqram səhifəsində müzakirələrə səbəb olan paylaşım edib. O,son zamanlar xüsusi effektlərdən istifadə edərək şəkil çəkdirən xanımlar barədə şərh bildirib.

Metbuat.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, müğənni effektlərin simanı təmiz dəyişdiyini, şirinliyi yox etdiyini söyləyib. Bundan əlavə, sənətçi toylarda gəlinlərin çox makiyaj etməsini də tənqid edib:

“Fotolara diqqət yetirin. Biri effektli, digəri isə normal canlı şəkillərdir. Yəni demək istədiyim odur ki, effekt simanın şirinliyini aparır. Sizə bir misal çəkim ki, güləsiz. Gəlinləri hərdən o qədər bəzəyirlər ki, bəy səhər duranda “İlahi, bu nə idi” deyir. Bəlkə də, gözəl qadın olmazsan. Amma xanımın şarmı və danışan gözləri ola bilər. Amma o gecə makiyaja görə bu gözəlliyi bəy görə bilməyib”.

“Gəlinləri elə bəzəyirlər ki, bəy tanımır…” -
“Gəlinləri elə bəzəyirlər ki, bəy tanımır…” -