Ötən gün avtobus qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı

Ötən gün Bakının Qaradağ rayonu ərazisində yük maşını ilə marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb.

Metbuat.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib.

Baş həkim qeyd edib ki, hazırda mərkəzdə 5 nəfərin müalicəsi davam etdirilir: "Dünən həmin qəza ilə bağlı Kliniki Tibbi Mərkəzə 21 nəfər müraciət edib. Onlardan 16 nəfərinə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. 6 nəfər isə stasionara qəbul edildi. Dünən axşam saatlarında daha bir xəstənin səhhəti normallaşdığından ambulator müalicəyə yazılıb. Hazırda xəstəxanada 5 nəfər qalıb. Onlardan 3 nəfər beyin travması ilə, iki nəfər isə əzilmiş yaralar ilə qəbul olunub. Xəstəxanada qalanlardan biri hamilə qadındır".

Ə.Dadaşov bildirib ki, hazırda stasionarda olan xəstələrin səhhətlərində ciddi problem yoxdur, vəziyyətləri sabitdir.

Xatırladaq ki, iyulun 12-də səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ağır yol qəzası baş verib.

"90-OJ-802" dövlət nömrə nişanlı yük maşını Bakı istiqamətində hərəkət edərkən "10-TF-383" dövlət qeydiyyat nişanlı 149 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR