SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: bu yollarda ehtiyatlı olun

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: bu yollarda ehtiyatlı olun
09:49 17 İyul 2018
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdan Rusiya və Gürcüstana gedən yollarda təmir aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR