Qurban Qurbanov: Futbolçular alqışa layiq idilər

Futbolçular alqışalayiq idilər.

Metbuat.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "Olimpiya"ya (Sloveniya) qarşı oyunu (0:0) şərh edərkən deyib.

Q.Qurbanov növbəti mərhələyə vəsiqə qazanmaları münasibətilə komandasının futbolçularını təbrik edib:

"Sona qədər mübarizə apardılar. Alqışalayiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm".(Trend)

Dadlı və şirin qarpız necə SEÇİLİR - ERKƏK YOXSA DİŞİ? / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR