İspaniyanın "Barselona" klubu növbəti transferə hazırlaşır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, kataloniyalılar Seneqal millisinin futbolçusu Musa Baqı heyətinə qatmaq niyyətindədi.
"Barselona" Fransanın "Eypen" klubunda çıxış edən müdafiəçinin oyununu DÇ-2018-də bəyənib. İspaniya təmsilçisi 19 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlara start verib.
Qeyd edək ki, Musa mundialda keçirdiyi 3 oyunda 1 qol vurub.
Milli.Az