Pompeodan Suriya kürdlərinə dəstək

Pompeodan Suriya kürdlərinə dəstək
08:24 23 İyul 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

“Suriya Demokratik Qüvvələri” tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri  vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

 

“Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik.  Davamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur”, - deyə M.Pompeonun bəyanatında bildirilir.   

 

Pompeonun bəyanatı Suriyanın Daşiş yaşayış məntəqəsinin “Suriya Demokratik Qüvvələri” tərəfindən azad olunması ilə əlaqədar yayılıb.

 

Əsasən kürd silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” ABŞ tərəfindən aktiv dəstəklənir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR