Nurgül Yeşilçay sevgilisi ilə mübahsiə etdi, əlindəki stəkanı atdı və...

Nurgül Yeşilçay sevgilisi ilə mübahsiə etdi, əlindəki stəkanı atdı və...
09:38 23 İyul 2018
124 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Nurgül Yeşilçay 2 aylıq sevgilisi prodüser Necati Kocabayla kəskin mübahisə edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dünən axşam Nişantaşında restoranda yemək yeyib. Bir müddət sonra aktrisa ilə sevgilisi mübahisə etməyə başlayıb. Masadakı soda stəkanını qəfildən yerə atan Nurgül Yeşilçay sevgilisi Kocabayın "Sakit ol. Bağırma, hamı bizə baxır" xəbərdarlığına baxmayaraq sakitləşməyib.

Daha sonra prodüser Nurgül Yeşilçayı qolundan tutub tualetə aparıb. Kocabay burada da sevgilisini sakitləşdirməyə çalışsa da, bacarmayıb. Cütlük restoranı çox gərgin şəkildə tərk edib.

Son günlər əsəbi olduğu müşahidə edilən Nurgül Yeşilçay “Show TV”-də başlayacaq "Gülperi” serialının Bebekdəki çəkilişləri zamanı da onun şəkillərini çəkən müxbirlərə bağırmışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/248191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR