Xərçəngdən dünyasını dəyişən Azərbaycanlı məşhurlar

Azərbaycanda son dövrlər xərçəng xəstəliyi artmaqda davam edir. Onun adı gələndə insanların içinə ölüm xofu çökür. Ancaq bu xəstəlik nə qədər təhlükəli olsa da, ondan qurtulanlar da olub. Dünyasını dəyişənlər isə, təəssüf ki, əksəriyyət təşkil edir.

Metbuat.az hər kəsin lənət yağdırdığı bu xəstəlikdən dünyasını dəyişən məşhurları təqdim edir:

Azərbaycanın tanınmış sənətkarı - xalq şairi Vaqif Səmədoğlu 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xalq artisti, diktor Rafiq Hüseynov ağ ciyər xərçəngindən 71 yaşında Almaniyada vəfat edib.

Bu xəstəliyə qurban gedən məşhurlarımızdan biri də əməkdar artist, 47 yaşında dünyasını dəyişən Musiqili Teatrının aktrisası Xanım Qafarovadır. O, uzun müddət süd vəzi xərçəngi ilə mübarizə aparsa da, sonda xəstəlik qalib gəldi.

Uzun müddət qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə 39 yaşında dünyasını dəyişdi. Bir neçə aylıq müalicəyə baxmayaraq, xəstəlik şiddətlənmişdi. 12 fevral 2017-ci ildə komaya düşən istedadlı rejissor 16 fevralda dünyasını dəyişdi.


Keçmiş ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova da xərçəngə qalib gələ bilmədi.

Azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu da xərçəng xəstəliyindən vəfat edib.


Əməkdar artist Gülnar Salmanova da 2015-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdi.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.


"Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyevin də ölümünə səbəb qan xərçəngi olub. Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, qan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.

Azərbaycanın sevimli sənətkarlarında olan xalq artisti Fuad Poladov da 69 yaşında xərçəngə təslim olub.



Səmranın açıq-saçıq klipi gündəmdən düşmür - - HƏLƏ BELƏSİ ÇƏKİLMƏMİŞDİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR